“Rusiya İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük döyüşdə qalib gəlib”.
Elchi.az Vesti.ru-ya istinadən xəbər verir ki, bu fikirləri ABŞ-ın Virciniya ştatının keçmiş senatoru Riçard Blek söyləyib.
Artemovsk şəhərinin Rusiya tərəfindən tutulmasını şərh edən eks-senator qeyd edib ki, Qərb mediası Ukraynanın məğlubiyyətini etiraf etməyə tələsmir. Ancaq bunlar artıq göz qabağındadır, çünki Kiyev rejimi canlı qüvvə və texnikada sarsıdıcı itkilər verir.
R.Blek hesab edir ki, məğlubiyyət Ukrayna hakimiyyətini genişmiqyaslı hücuma keçməyə sövq edəcək. Beləliklə, Ukrayna prezidenti Volodimir Zelenski Kiyevin hələ də döyüş gücünə malik olduğunu sübut etməyə çalışacaq.
Keçmiş senator sülh axtarışını və qan tökülməsini dayandırmağı daha məqsədəuyğun hesab edir.
Yeganə




