"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycanda qadın üç övladını götürüb Suriyaya qaçdı

15 Yanvar 2015 - 17:39
in HADİSƏ

Bunu da oxuyun

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

022Onlar Gürcüstandan Türkiyəyə, oradan isə Suriyaya gediblər

Məmmədova Elnurə Beydullah qızı üç övladını da özü ilə götürərək Suriyaya gedib.

ANS PRESS-in məlumatına görə, bu barədə APA TV-yə Elnurə Məmmədovanın qayınanası, 84 yaşlı Humay Məmmədova xəbər verib.

Onun sözlərinə görə, gəlini öz övladlarını Suriyaya anası Qəribə Şabanova, bacısı Bahar Alxasova və yeznəsi Daşqın Alxasovla birlikdə aparıb. Elnurə Məmmədovanı Suriyaya getməyə təhrik edən anası digər qızının iki azyaşlı övladlarını da özü ilə aparıb. 9 nəfərlik qrup dekabrın 23-də səhər tezdən Daşüz kəndini tərk edərək Balakənə, oradan sərhədi keçərək Gürcüstana gediblər. Qrupun Gürcüstandan Türkiyəyə, oradan isə Suriyaya keçdiyi güman olunur.

Qeyd edək ki, Elnurə Məmmədova övladlarını hazırda Rusiyada işləyən əri İbrahim Məmmədovun xəbəri olmadan aparıb. Humay Məmmədova nəvələri 12 yaşlı Ülkər, 13 yaşlı Rüstəm və 15 yaşlı Günayın ölkədən atasının razılığı olmadan çıxarıldığını deyir. Onun sözlərinə görə, ailə üzvləri baş verən hadisə ilə bağlı araşdırma aparıblar və məlum olub ki, Elnurə Məmmədova anası və yeznəsinin köməyi ilə Bakıda notarius tapıb və Hüseynov Səadət Eldar oğlunun əli ilə uşaqların xaricə getməsinə atasının guya razılıq verdiyi barədə sənəd hazırlanıb. Uşaqların Gürcüstan ərazisinə bu sənəd əsasında keçdiyi güman olunur. Artıq ailə üzvləri faktla bağlı Azərbaycanın güc strukturlarına və Türkiyənin ölkəmizdəki səfirliyinə müraciət edib. Məmmədovlar ailəsinin bəzi üzvləri gəlin və övladları axtarmaq üçün Türkiyəyə də gediblər. Bu ölkənin güc strukturları da Şəki rayonu Daşüz kəndinin 9 nəfər sakininin Türkiyədən Suriyaya keçə biləcəyi barədə məlumatlandırılıb. Lakin bütün səylərə rəğmən ailənin sonrakı taleyi barədə məlumat əldə etmək mümkün olmayıb.

APA TV-nin əldə etdiyi məlumata görə, övladlarını götürüb Suriyaya gedən Elnurə Məmmədovanın qardaşları Sahib, Tahir və Rövşən Şabanovlar uzun müddətdir Suriyadadır və burada gedən döyüşlərdə aktiv iştirak edirlər. Ana və bacılarının, bacısı uşaqlarının və yeznələrinin Suriyaya gəlməsində də onlar təkid ediblər. 84 yaşlı Humay Məmmədova qardaşların dəfələrlə bacılarına köçüb Suriyaya gəlmələrini təkid etdiyini deyib. Nənə bu barədə Rusiyada yaşayan oğluna xəbər verib və oğlu İbrahim Məmmədov zəng vuraraq həyat yoldaşı ilə danışıb və onu bu niyyətdən çəkindirib. Humay Məmmədovanın sözlərinə görə, gəlin oğluna heç yerə getməyəcəyinə söz versə də, dekabrın 23-də evdə heç kim olmayan vaxt uşaqlarını da götürüb anası, bacısı və yeznəsi ilə ölkəni tərk edib. Elnurə Məmmədovanın üç qardaşı ilə yanaşı Şəkinin Daşüz kəndindən daha iki nəfərin də Suriyada gedən döyüşlərdə iştirak etdiyi bildirilir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Yeni avtobuslar gətirildi (VİDEO)

Next Post

İlham Əliyevdən xəbərdarlıq (VİDEO)

Bənzər yazılar

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

Ukrayna Rusiyaya hücum edib, 6 nəfər ölüb, 35 nəfər yaralanıb

06 May 2024 - 10:58

Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları (PUA) ilə Rusiyanın Belqorod vilayətinə hücum edib. Elchi.az xəbər verir ki, bu barədə TASS...

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

Rusiya azərbaycanlı blogerin şirkət hesablarını blokladı

05 May 2024 - 13:23

Rusiyada fəaliyyət göstərən tanınmış azərbaycanlı bloger Hüseyn Həsənovun 153 milyon rubldan çox vergi borcu var. Elchi.az xəbər verir ki, bu...

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

İstanbulda müəssisədə partlayış baş verib, yaralananlar var

02 May 2024 - 16:46

Türkiyənin İstanbul şəhərinin Başakşehir rayonunda yerləşən İkitelli sənaye zonasında kimyəvi maddələr istehsalı müəssisəsində partlayış baş verib. Elchi.az "TRT haber"ə istinadən...

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

Gürcüstan polisi parlament binasının qapılarını sındırmaq istəyən etirazçıların qarşısını alıb

01 May 2024 - 23:14

Gürcüstanın paytaxtı Tbilisidə polis parlamentin xidməti girişinin qapılarını sındırmaq istəyən etirazçılara su çiləyib, bibər qazı sıxıb. Elchi.az xəbər verir ki,...

Next Post

İlham Əliyevdən xəbərdarlıq (VİDEO)

Müdafiə naziri döyüş hazırlığını yoxladı -Foto

Please login to join discussion
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.