Avropa Komissiyası fermerləri dəstəkləmək üçün Polşaya 1 milyard avro ayrılmasını təsdiqləyib. Elchi.az xəbər verir ki, bu barədə Avropa hakimiyyətinin saytında yerləşdirilən məlumatda deyilir.
“AK belə qənaətə gəlib ki, Polşanın likvidliyə dəstək sxemi Avropa İttifaqının üzvü olan dövlətin iqtisadiyyatında ciddi pozuntuları aradan qaldırmaq üçün zəruri, uyğundur” – bəyanatda deyilir.
Qeyd edək ki, vəsaitlərin birbaşa qrantlar şəklində ayrılacağı müəyyən olunur.
Havar Şəfiyeva





