24 fevral 2022-ci ildən 21 may 2023-cü ilə qədər Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Ukraynada 8895 dinc sakin həlak olub, mülki əhalinin ümumi itkisi isə 24012 nəfər təşkil edib.
Elchi.az News.am-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) hesabatında qeyd olunub.
Məlumata görə, Rusiyanın təcavüzü nəticəsində 4040 kişi, 2403 qadın, 275 oğlan və 218 qız öldürülüb. Daha 30 uşaq və 1929 böyüklərin cinsiyyəti hələ müəyyən edilməyib. Müharibə başlayandan indiyədək Ukraynada yaralanan mülki əhalinin ümumi sayı 15117 nəfər təşkil edib ki, onlardan 445-i oğlan, 314-ü qız, o cümlədən cinsiyyəti hələ müəyyən edilməmiş 276-sı uşaqdır.
“Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığının İdarəsi hesab edir ki, həlak olan və ya yaralanan mülki şəxslərin faktiki sayı əhəmiyyətli dərəcədə çoxdur. Belə ki, belə hadisələrin baş verdiyi yerlərdən gələn bir çox hesabat hələ də əlavə təsdiq tələb edir, bəziləri isə məlumatların daxil olduğu yerlərdə döyüş əməliyyatları davam edir”,-deyə hesabatda qeyd olunub.
Yeganə





