Azərbaycan Avtomobil Federasiyası (AAF) iyunun 10-da Bakı-Lənkəran marşrutu üzrə idman avtomobillərinin yürüşünü təşkil edəcək.
Elchi.az xəbər verir ki, yürüş Heydər Əliyev Mərkəzinin qarşısından start götürəcək.
Yürüşə sürətli idman avtomobillərinin sahibləri qoşula bilər. İştirak etmək istəyənlər iyunun 5-dək Avtomobil Federasiyasında (+99450) 295 01 00 nömrəsinə zəng və ya info@faa.az elektron ünvanına müraciət edərək qeydiyyatdan keçməlidir.
AAF tədbir iştirakçıları üçün iyunun 10-11-də bir sıra proqram da hazırlayıb. Belə ki, iyunun 10-da yürüşdən sonra Lənkəranda tədbirin açılış mərasimi və əyləncə proqramı təqdim ediləcək. İyunun 11-də isə Lənkəranda çay plantasiyasına ekskursiya olacaq. Yürüş iştirakçılarının oteldə yerləşdirilməsi və asudə vaxtlarının proqramı AAF tərəfindən dəstəklənəcək.
Sabah Bakıya yağış yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...





