Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Telegram” kanalında ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbinin Amerika qəzetinin Moskva bürosunun əməkdaşı Evan Qerşkoviçin həbsi ilə bağlı bəyanatını şərh edib.
Elchi.az bu barədə Mk.ru-ya istinadən xəbər verir.
Xatırladaq ki, Kirbi Qerşkoviçin həbsindən qəzəbləndiyini bildirmişdi, çünki jurnalistika, onun təbirincə, cinayət deyil.
“Jurnalistika Qerşkoviçin Yekaterinburqda etdiyi iş deyil. Jurnalistika Assanjın etdiyi və Amerika təqiblərinə görə həbsdə olduğu işdir”, – deyə Zaxarova qeyd edib.
Yeganə






