Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan seçkilərdəki rəqibi Kamal Kılıçdaroğlunun siyasətdən qətiyyən anlayışı olmadığını düşünür. Onun fikrincə, müxalifət nümayəndəsinin Rusiyaya yönəlik açıqlamaları bunu sübut edir.
Elchi.az bu barədə Vesti.ru-ya istinadən xəbər verir.
Ərdoğan qeyd edib ki, Kılıçdaroğlu Rusiya prezidenti ilə yaxşı münasibətlərindən razı deyil. Türkiyə lideri rəqibinin bəyanatlarına diqqət çəkib, o, Qərbin göstərişlərinə tabe olmaq və Vladimir Putinə qarşı sanksiyalar tətbiq etmək niyyətindədir. Ərdoğan siyasət aləmində bunun edilmədiyini düşünür və Kamal Kılıçdaroğluna tətilə getməyi tövsiyə edib.
Türkiyə lideri Ankaranın bütün dünya ölkələri ilə əlaqə saxladığını da vurğulayıb.
Qeyd edək ki, mayın 28-də Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək. İlk turun nəticələrinə görə, Ərdoğan 49,52%, Kılıçdaroğlu isə 44,88% səs toplayıb.
Yeganə




