LPR-nin ehtiyatda olan polkovnik-leytenantı Andrey Maroçko bildirib ki, ukraynalı hərbçilər Krasnolımansk istiqamətində mövqelərini gücləndirirlər.
Elchi.az xəbər verir ki, onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri öz mövqelərinin ikinci və üçüncü cərgələrində istehkamlar qurur.
“Düşmən mühəndislik baxımından mövcud möhkəmləndirilmiş ərazilərin yenidən qurulması və yenilərinin tikintisi ilə məşğuldur”, – Maroçko bildirib.
O əlavə edib ki, hazırda Ukrayna Silahlı Qüvvələrinin müvəqqəti dislokasiya məntəqələrinə müxtəlif tikinti materialları və mühəndis avadanlıqları olan avtomobillər gəlir.
Şayəstə Hüseynova





