Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynanın təxribatı ilə bağlı məlumatları şərh edib.
Elchi.az bu barədə Vesti.ru-ya istinadən xəbər verir.
Peskov qeyd edib:
“Ukrayna Silahlı Qüvvələrinin sərəncamında getdikcə daha çox xarici texnikanın olması bizim üçün sirr deyil. Həmçinin Qərb ölkələrinin bu münaqişədə birbaşa və dolayı iştirakının getdikcə artması hamıya bəllidir.
Müvafiq nəticələr çıxarılır, xüsusi hərbi əməliyyat çərçivəsində düşmən Rusiyanın regionlarına yeni soxulma cəhdlərinin qarşısının alınması istiqamətində iş aparılır”.
Dmitri Peskov, həmçinin Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilovdan Rusiya sərhəd bölgəsinə gələn təhdidlərə cavab verib. Onun sözlərinə görə, Kreml bu cür bəyanatları mənfi qəbul edir.
Qeyd edək ki, bundan əvvəl, Peskov TASS-a bildirmişdi ki, Moskva Ukrayna münaqişəsinin dondurulmasının əleyhinədir.
Yeganə
Həmçinin oxuyun:
Peskov: “Moskva Ukrayna münaqişəsinin dondurulmasına qarşıdır”





