"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Kəmaləddin Heydərov qətərli zabitlərə sertifikatlar verdi

25 May 2023 - 14:16
in CƏMİYYƏT

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov FHN-in Akademiyasında ixtisasartırma kursunda iştirak etmiş Qətər Dövlətindən olan bir qrup zabit heyəti ilə görüşüb. Tədbirdə, həmçinin Qətər Dövlətinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab da iştirak edib.
Elchi.az xəbər verir ki, qonaqları səmimi salamlayan nazir Kəmaləddin Heydərov Fövqəladə Hallar Nazirliyi tərəfindən təbii və texnogen xarakterli fövqəladə hallarla mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Bu çərçivədə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə 44 gün ərzində Azərbaycanın şanlı Ordusu tərəfindən Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı dədə-baba torpaqlarımızın azad edildiyini, ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu qürur hissi ilə qeyd edən nazir Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən minatəmizləmə fəaliyyəti barədə də danışıb.
Azərbaycan ilə Qətər arasında sıx əməkdaşlıq münasibətlərini qeyd edən nazir iki ölkə liderlərinin müdrik uzaqgörənliyi sayəsində əlaqələrin sürətlə inkişaf etdiyini vurğulayıb. Nazir həmsədri olduğu Azərbaycan Respublikası ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın fəaliyyəti barədə məlumat verib.
Digər sahələrdə olduğu kimi, fövqəladə hallarla mübarizə sahəsində də hər iki ölkənin müvafiq qurumları arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini xatırladan nazir 2014-cü ildə imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Saziş”in əhəmiyyətini qeyd edib. Bu çərçivədə, Qətər Dövlətindən olan bir qrup zabitin Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Akademiyasında ixtisasartırma kursunda iştirakının əlaqələrin genişlənməsinə yeni təkan verəcəyinə ümidvar olduğunu bildirib. Nazir kursu müvəffəqiyyətlə başa vurmuş zabitləri təbrik edib, Akademiyada aldıqları biliklərin onların peşəkar fəaliyyətində faydalı olacağına əminliyini ifadə edib.
Səmimi görüşə görə təşəkkür edən Qətər Dövlətinin Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Feysal bin Abdullah Həməd Abdullah Al Hinzab qarşıdan gələn Müstəqillik Günü münasibətilə təbriklərini çatdırıb. O, ölkələrimiz arasında mövcud əməkdaşlıq münasibətlərinin inkişafının hər iki tərəf üçün faydalı olduğunu, bu çərçivədə fövqəladə halların idarə edilməsi üzrə ölkələrimizin uyğun qurumlarının əlaqələrinin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib. Səfir Azərbaycan Fövqəladə Hallar Nazirliyinin istər ölkədaxili, istərsə də xarici ölkələrdə baş vermiş fövqəladə hallarla mübarizədə, xüsusilə Türkiyədəki dağıdıcı zəlzələnin fəsadlarının aradan qaldırılması istiqamətində fəaliyyətini yüksək qiymətləndirdiyini bildirib. Səfir qətərli zabitlərin FHN-in Akademiyasındakı ixtisasartırma kursunda zəngin biliklərə yiyələndiklərinə əmin olduğunu, belə imkanın yaradılmasına görə təşəkkürünü bildirib.
Sonra nazir K.Heydərov “Fövqəladə halların idarə edilməsi” mövzusunda beynəlxalq kursu müvəffəqiyyətlə başa vurmuş qətərli zabitlərə sertifikatları təqdim edib.
Sonda xatirə şəkli çəkdirilib.

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanda 7 nəfər futboldan uzaqlaşdırıldı

Next Post

Nikol Qarabağ mövqeyini elan etdi: Bəs, Kreml nə istəyir?

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post
Nikol Qarabağ mövqeyini elan etdi: Bəs, Kreml nə istəyir?

Nikol Qarabağ mövqeyini elan etdi: Bəs, Kreml nə istəyir?

Moskvada üçtərəfli görüş: Zəngəzurla bağlı qərar olacaq?

Moskvada üçtərəfli görüş: Zəngəzurla bağlı qərar olacaq?

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.