"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Dustaq atasının statusu

16 Yanvar 2015 - 11:48
in CƏMİYYƏT MANŞET
Siyasi motivlərlə həbsə alınmış Sirac və Fərəc qardaşlarının atası Raqif Kərimov Müsavat Partiyası başqanının müavini olan oğlu img1724372Fərəcin sosial şəbəkədəki profilində maraqlı status paylaşıb. Həmin statusu təqdim edirik:
“Oğlum Fərəc , axşam evə gələndə mənə xəbər verdilər ki, bu gün telefonla danışarkən demisən ki, müstəntiq təcridxanaya səninlə üzləşdirmək üçün üç nəfər üzəduran gətiribmiş. Haqq- ədalətin ayaqlar altında tapdandığı ölkədə , əlimin çatmadığı bir ünvanda namərdlərlə təkbətək qaldığın bir vaxtda yanında , arxanda ola bilmədiyim üçün, əlbəttə, üzüldüm. Ancaq bu dar məqamda bir fikir mənə təskinlik verdi. Dedim, nə yaxşı ki, siz (qardaşın və sən) o üzə duranların yerində deyilsiniz. Fikirləşirəm, görəsən, o binəvalar ailələrinin, yaxınlarının üzünə necə baxırlar?! Onların ataları, yaxınları cəmiyyətin içinə necə çıxırlar?!Görəsən, onlar özləri bunun fərqinə varıblarmı heç ?! Nə yaxşı, Allahım məni hifz edib, sizi belələrindən yaratmayıb. Nə yaxşı ki, sizin şərləndiyinizi məndən də yaxşı bilən, qurulan tələlərin, toxunan torların nə qədər “danabaşlıqla” edildiyini ovuclarının içi kimi görən və özlərində mərdlik tapıb “mən bu siyasi oyunların oyuncağı ola bilmərəm” deməyi bacarmayan, işinizi aparan müstəntiqlərin atası deyiləm (siz yaxşı bilirsiniz ki, Allah eləməmiş elə bir iş olsaydı qarşınızda şərlənənlərdən çox məni görərdiniz). Hələ hakim, prokuror adı daşıyan tragikomediya aktyorları: onlar Nadir şahın oğlunun gözünə mil çəkən cəlladdan betərdirlər.
Sənin və qardaşının zindan həyatınız (bunlar əslində bu mövzuya aid deyil, bu haqda bir yazı yazacağam, sizə ona görə qeydlər aparın deyirdim) ailəmiz, qohumlarımız, dostlarımız və yaxınlarımız üçün çətinliklər yaradır, ağrılar verir, bəzən heç gizlətmək də olmur. Bu gün balaca Əminə sizinlə telefon danışığında “əmi, biz gələcəyik sizə, siz də bizə gəlin” deməsini mənə xəbərlədilər (Atilla və Əminə iki dəfə təcridxanaya görüşə gəliblər və oranı sizin eviniz başa düşübllər). Nə isə… Bütün bunların ən pis tərəfi ölkə insanının sındırılması, könüllü nökərçiliyin həyat normasına çevirilməsi, üzə durmanın, işverənliyin iş yeri statusu almasıdır. Qəsdən “Yalıncıqlıq” sindromunu yayıb, insan inkişafı amilindən dəm vurmaqla cəmiyyətdə toranlıq yaratmaqdır.
Oğlum mən ümidli və qürurluyam. Sizi də bir daha ümidli və möhkəm olmağa, ləyaqətinizi uca tutmağa çağırıram. Biz haqq yolundayıq, haqq qalib gələcək! Biz şərəfli bir yolda, MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ yolunda, XALQIN içindəyik, MÜSAVAT sıralarındayıq . Bu yolu mən seçmişdim ,sağ olun ki, bir oğul olaraq siz məndən də önə keçdiniz. Mən sizinlə FƏXR EDİRƏM ! YAŞASIN MÜSAVAT! YAŞASIN AZƏRBAYCAN !”(Musavat.com)

 

Bunu da oxuyun

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Fond bazarlarında səhmlər ucuzlaşıb

Next Post

1 milyonluq avtomobil (FOTO)

Bənzər yazılar

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

Bu il Azərbaycandan Həcc ziyarətinə səfərin vaxtı açıqlanıb

30 Aprel 2024 - 18:48

Bu il Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu iyunun 4-ü yola düşəcək. Elchi.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna...

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

ABŞ Prezidentinin xüsusi nümayəndəsinin müavini Azərbaycanda səfərdədir

22 Fevral 2024 - 20:17

Prezidentinin İqlim üzrə xüsusi nümayəndəsinin müavini Syu Biniazini Azərbaycanda səfərdədir. Elchi.az xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin feysbukdakı səhifəsində...

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

Prezident İlham Əliyev: Bizim gənclər Müzəffər xalqın nümayəndələri kimi böyüyəcəklər

02 Fevral 2024 - 10:20

  Prezident İlham Əliyev Gənclər Günü ilə bağlı "X" səhifəsində paylaşım edib. Elchi.az xəbər verir ki, paylaşımda deyilir: "Bizim gənclər...

Çin Rusiyanın gələcəyini açıqladı

Çin Rusiyanın gələcəyini açıqladı

11 Yanvar 2024 - 09:45

Çin əmindir ki, Rusiya öz mühüm daxili siyasi gündəmini uğurla həyata keçirəcək, milli sabitliyi və inkişafı qoruyub saxlayacaq. Elchi.az “RİA...

Next Post

1 milyonluq avtomobil (FOTO)

Məşhur müğənni xəstəxanaya düşdü

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.