Qərb məhdudiyyətlərdən yan keçmə ehtimalının qarşısını almaq üçün Rusiyaya qarşı sanksiya təzyiqini davam etdirəcək. Elchi.az TASS-a istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolz Kipr prezidenti Nikos Xristodulideslə birgə mətbuat konfransında deyib.
“Biz Rusiyaya qarşı sanksiya təzyiqini daha da artıracağıq və xüsusən də sanksiyalarımızdan yan keçməməsinə əmin olacağıq”, – deyə siyasətçi bildirib. O, həmçinin Qərbin Ukraynaya hərtərəfli dəstəyi davam etdirmək niyyətini qeyd edib.
Havar Şəfiyeva






