Şimali Atlantika alyansında baş katib postu uğrunda mübarizə qızışır, lakin hələlik potensial qaliblər yoxdur.
Elchi.az-ın Mk.ru-ya istinadən məlumatına görə, bu barədə “Reuters” agentliyi xəbər verir.
Hazırkı baş katib Yens Stoltenberq sentyabrın sonunda istefa verməlidir. Nəşrin yazdığına görə, NATO-ya üzv olan bir çox ölkələr iyulun ortalarında, hətta ondan əvvəl Litvada keçiriləcək sammit zamanı bu mövqeni kimin tutacağı sualının həll olunmasını istəyir.
Ola bilsin ki, Qərb hərbi blokunun üzvləri 9 illik hakimiyyətə baxmayaraq, Stoltenberqə yeni müddətə qalmağı təklif edə bilər.
Agentliyin məlumatına görə, NATO-nun baş katibi postuna ciddi namizəd Danimarkanın baş naziri Mette Ferederiksendir və o, bu vəzifəni tutan ilk qadın ola bilər. Öz növbəsində Böyük Britaniyanın müdafiə naziri Ben Uolles keçən həftə alyansa rəhbərlik etmək arzusunu ifadə edib.
Yeganə





