Fransa Prezidenti Emmanuel Makronla Azərbaycan Prezidenti İlham Əliyev arasında Moldovanın paytaxtı Kişinyovda görüş olacaq.
Elchi.az xəbər verir ki, bu barədə məlumat Makronun Respublika Günü ilə bağlı Prezident İlham Əliyevə göndərdiyi məktubda yer alıb.
“Mən Sizinlə Qafqazın və qitəmizin üzləşdiyi çağırışlar haqqında mübadilələrimizi davam etdirməyə imkan verəcək, iyunun 1-də Kişinyovda Avropa Siyasi Birliyinin ikinci sammitində yenidən görüşməkdən məmnunam. Ümid edirəm ki, Praqada olduğu kimi, bu sammit da bizə Azərbaycan ilə Ermənistan arasında aparılan danışıqlara öz dəstəyimizi verməyə imkan yaradacaq”, – məktubda qeyd olunub.
Qeyd edək ki, Kişinyovda Əliyev və Paşinyanın görüşündə Makron və Şoltsun da iştirak edəcəyi barədə məlumat yayılmışdı.
Ermənistan Azərbaycanın dost ölkəsi ilə saziş imzaladı
Ermənistan və Macarıstanın xarici işlər nazirləri Ararat Mirzoyan və Peter Siyarto iki ölkə arasında iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıb. Elchi.az...




