“Luton Town” İngiltərə çempionatının play-off finalında penaltilər seriyasında “Coventry”-ni 6-5 hesabı ilə məğlub edərək 31 ildən sonra Premyer Liqaya vəsiqə qazanıb.
Elchi.az xəbər verir ki, Premyer Liqaya yüksələn son komandanın müəyyənləşəcəyi Championship play-off finalında “Luton Town” və “Coventry City” komandaları üz-üzə gəlib.
Wembley”də 85 mindən çox azarkeşin önündə oynanan oyunun əsas vaxtı və əlavə vaxtı 1:1 hesablı bərabərliklə keçib.
“Luton Town”un qolu 23-cü dəqiqədə “Jordan Clark”dan, “Gustavo Hamer” isə 66-cı dəqiqədə “Coventry City”nin qoluna imza atıb.
Penaltilərdə rəqibi üzərində 6-5 üstünlük əldə edən “Luton Town”, “Burnley” və “Sheffield United”dən sonra İngiltərə Premyer Liqasına yüksələn üçüncü və sonuncu komanda oldu .
“Luton Town” 24 komandalı Britaniya çempionatında bazar dəyəri ən aşağı olan ilk 10 komanda arasında idi.
1885-ci ildə eyniadlı Luton şəhərində əsası qoyulan “Luton Town” sonuncu dəfə 1991/1992 mövsümündə Premyer Liqada (o zaman Birinci Divizion) mübarizə aparıb.
Liqanın ən yeni üzvü yalnız iştirakdakı uğuruna görə növbəti mövsümdə ən azı 200 milyon funt-sterlinq gəlir əldə etdi.
Nuranə Məmmədova




