"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizin qürur səhifəsidir

28 May 2023 - 16:13
in MÖVQE

“105 il öncə Şərqdə ilk demokratik, dünyəvi dövlət –Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə olmaqla yanaşı, həm də milli azadlıq ruhumuzun təsdiqi idi. İstiqlal mücahidlərimizin qurduğu və cəmi 23 ay mövcud olmasına baxmayaraq, demokratik dövlətimiz qısa həyatında böyük layihələrini gerçəkləşdirməklə tarixi uğura imza atdı. Yeni qurulan Cümhuriyyət hökuməti üzərinə götürdüyü vəzifələrin öhdəsindən ləyaqətlə gələrək planlarını həyata keçirə bildi. Xalq Cümhuriyyəti ilkin olaraq Parlament və Hökuməti, dövlət aparatını təşkil edərək ölkənin sərhədlərini müəyyənləşdirdi. Bununla yanaşı, milli aydınlarımız müstəqil dövlətimizin bayrağnı, himnini, gerbini yaratdılar və ana dilimiz dövlət dili statusu aldı. Bundan başqa, ordu quruculuğu prosesi və digər taleyüklü məsələlər uğurla reallaşdırıldı. Milli təhsil sisteminin diqqətdə saxlanılmasının nəticəsi olaraq sonrakı dövrlərdə xalqımızın elmi- ictimai və mədəni həyatında əvəzsiz rol oynayacaq Azərbaycan Dövlət Universiteti təsis olundu. Xalq Cümhuriyyəti öz fəaliyyəti dövründə insan hüquq və azadlıqlarının qorunması kimi ali dəyərləri əsas götürərək milli, dini, irqi ayrı-seçkilik və bu kimi mənfi hallara qarşı mübarizədə dünyaya örnək ola biləcək siyasət sərgilədi”.

Bunu da oxuyun

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Elchi.az xəbər verir ki, bu fikirləri Elm və Təhsil Nazirliyinin Riyaziyyat və Mexanika İnstitutunun böyük elmi işçisi, siyasi şərhçi Emin Bağırov bildirib.

Onun fikrincə, təəssüf ki, milli inkişafımızın yolu bolşevik Rusiyası tərəfindən kəsilərək Cümhuriyyətimizə qəsd olundu. Xalqımızın azadlıq arzusu 1920-ci ilin aprel ayında işğal olunaraq Azərbaycan Xalq Cümhuriyyətinin süqutu ilə nəticələndi və bu işğal 70 il davam etdi. Uzun sürən bu işğal dövründə Azərbaycanın tarixi torpaqlarını “ bayramlıq tortu” kimi bölüb özünə və qonşularına paylayan sovet Rusiyası ölkəmizin sərvətlərini talan, ziyalılarını, azad düşüncəli insanlarını isə repressiyaya məruz qoydu. Bütün bunlar azmış kimi, ölkəmizi idbar sistemin ənənələrinə uyğun bir şəkildə istədikləri kimi dəyişdirməyi bacardılar. Vətəndaşlarımızla bərabər, ana dilimiz də təzyiq siyasətinə məruz qaldı. Azərbaycanda yad dil hakim oldu.
Bu proses xalqımızın sevimli övladı Heydər Əliyev Azərbaycan rəhbərliyinə gələnədək davam etdi. Belə ki, ölkə rəhbəri kimi Heydər Əliyev şərəfli keçmişi olan Azərbaycanın və azərbaycanlıların milli kimliyini, milli dəyərlərini, toxunulmaz xəzinəsini qorumaqla hamıya örnək oldu.

Ulu öndər ana dilinə dövlət dili statusunun verilməsi uğrunda cəsarətlə və qətiyyətlə mübarizə apararaq qalib gəldi. Bu və digər ölçüyəgəlməz fəalliyyəti ilə ümummilli lider milli ruhun, intibahın sıxışdırılmasının qarşısını cəsarətlə aldı. Bütün imkanlarını səfərbər edərək gələcək müstəqil Azərbaycan dövlətinin mexanizmini ustalıqla, özünəməxsus bir şəkildə yarada bildi.

Bunun nəticəsi kimi, azadlıq təşnəsi ilə ayağa qalxan Azərbaycan axıdılan qanlar hesabına XX əsrin sonlarında tarixi müstəqilliyinə qovuşdu.
Əsrin əvvəllərində endirilən üçrəngli bayrağımız yenidən Azərbaycan səmasında dalğalandı. Xalqımız sonrakı bütün tarixi boyu Cümhuriyyətin zəngin irsini yaşadaraq müqəddəs üçrəngli bayrağımızı yenidən başı üzərinə qaldırdı. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi müstəqilliyini bərpa etdi. 28 May Müstəqillik Günü təqvimin bayram gününə çevrildi.

Ötən əsrin 90-cı illərin əvvəllərində yenidən öz müstəqilliyinə qovuşan Azərbaycan bu xoşbəxtliyin sevincini yaşamamış əsrin əvvəllərində olduğu kimi yenidən itirilmək təhlükəsi ilə baş-başa qaldı. Milli satqınların xəyanəti ilə pozucu qüvvələrə geniş meydan verilmiş ölkə uçuruma yuvarlandı. Xarici qüvvələrin kəşfiyyat poliqonuna çevrilmiş Azərbaycan müstəqilliyinin itirilməsinin ən təhlükəli mərhələsində idi. Xalqın son ümidi olan Heydər Əliyev vətəndaşların təkidli tələbi ilə siyasi hakimiyyətə gəldi. Azərbaycanın müstəqilliyini qorumaqla böyüklüyünü, liderliyini və Vətənə olan sədaqətini növbəti dəfə bəyan etdi.

Ölkədə davamlı ictimai-siyasi sabitliyə, vətəndaş müharibəsinin qarşısının alınmasına nail olan ulu öndər müstəqil Azərbaycan dövlətinin xilaskarına çevrildi. Azərbaycana rəhbərliyi dövründə keçmişə ehtiramla, sayğı ilə baxan Heydər Əliyev həmişə bildirirdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, möhkəmləndirib gücləndiririksə, buna görə Xalq Cümhuriyyətinə borcluyuq. Cümhuriyyətin tariximizdəki xüsusi yerini və rolunu yüksək dəyərləndirən bu dahi azərbaycanlı qeyd edirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”.

Emin Bağırov sonda qeyd edib ki, ümummilli lider Heydər Əliyevin dövlətçilik ənənəsinə sadiq qalan Prezident İlham Əliyev Xalq Cümhuriyyətinə, onun qurucularına xüsusi ehtiramla yanaşaraq məmnunluqla qarşılanan tarixi qərar verdi. Belə ki, dövlət başçısı tərəfindən 2018-ci il ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edildi və 100 illik yubileyi ümumxalq coşqusu ilə qeyd olundu.

Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi vəziyyətdə 2 il fəaliyyət göstərsə də, yaddaşımıza, qəlbimizə xalqımızın tarixinin ən parlaq səhifələrindən biri kimi həkk olunub. Bu gün Cümhuriyyət qurucularının ruhu şaddır. Tariximizdə ilkə imza ataraq torpaqlarımızı işğaldan azad edərək Vətəni birləşdirən Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan özünün ən qüdrətli dövrünü yaşayır. Əsrin əvvəllərində endirilən və 70 il məhbus həyatını yaşamış mübarək Azərbaycan bayrağı bu gün Vətən səmasında dalğalanmaqla könlümüzü oxşayır.

Prezident İlham Əliyevin liderliyi ilə bayrağımız həmişə yüksəkliklərdə, azadlığımız isə əbədidir.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı – Türkiyə MN

Next Post

Şimali Kipr Azərbaycanı təbrik etdi

Bənzər yazılar

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

Belçika İsrailə qarşı sanksiyaları artırmağı düşünür

06 May 2024 - 15:22

Belçika baş nazirinin müavini Petra De Sutter İsrailin Qəzzanın Rəfah bölgəsinə qarşı mümkün hücum planını tənqid edib və İsrailə qarşı...

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

Makron Si Cinpin ilə görüşdə çox mehriban davrandığına görə tənqid edilib

06 May 2024 - 14:52

Siyasətçi Qluksmann: Siz Makronun etdiyi kimi Xi üçün qırmızı xalça keçə bilməzsiniz. Elchi.az xəbər verir ki, Fransalı siyasətçi, Avropa Parlamenti seçkilərində Sosialist...

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

Rusiya Ukraynanın Xarkovunu vurdu: 5 yaralı var

05 May 2024 - 12:37

Rusiya PUA-larla Ukraynanın şimalındakı Xarkov şəhərini vurub. Hücum zamanı biri uşaq olmaqla 5 mülki şəxs yaralanıb. Elchi.az xəbər verir ki, Rusiya...

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

Ostin Gallant ilə Rəfaha gözlənilən quru hücumunu müzakirə edib

02 May 2024 - 10:45

ABŞ müdafiə naziri Lloyd Ostin İsrailin müdafiə naziri Yoav Gallant ilə telefon danışığında İsrailin Rəfah şəhərinə qurudan gözlənilən hücum planını...

Next Post
Şimali Kipr Azərbaycanı təbrik etdi

Şimali Kipr Azərbaycanı təbrik etdi

İlham Əliyev Laçında açılışlar etdi

İlham Əliyev Laçında açılışlar etdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.