Ukrayna parlamenti (Verxovna Rada) İrana qarşı 50 il müddətinə iqtisadi və digər sanksiyaların tətbiqi haqqında qətnaməni təsdiqləyib.
Elchi.az xəbər verir ki, Parlamentin saytında yer alan açıqlamada parlamentin iclasında 10 qanun, 3 qanun layihəsi və 5 qərarın qəbul edildiyi bildirilib.
Bəyanatda təsdiqlənmiş qətnamələr arasında İrana qarşı sanksiyaların tətbiqi qərarının da olduğu bildirilib.
Ukrayna prezidenti Vladimir Zelenski İrana qarşı iqtisadi və digər sanksiyaların tətbiqinə dair qərar layihəsini parlamentə təqdim edib.
Qətnamə layihəsinə əsasən, İrana qarşı 50 il müddətinə sanksiyalar tətbiq olunacaq, məhdudlaşdırıcı tədbirlərə İranla kommersiya əməliyyatlarına tam qadağa, İranın resurs tranzitinin, uçuşların və Ukrayna ərazisindən daşınmasının dayandırılması daxildir.
Qətnamə layihəsində həmçinin İran vətəndaşlarına texnologiya və əqli mülkiyyət hüquqlarının verilməsinə qadağa qoyulması və İranda investisiyaların qadağan edilməsi nəzərdə tutulur.
Ukrayna İranı Rusiyanın Ukraynaya qarşı müharibəsində “Moskvaya qəsdən silah verməkdə” ittiham edir.
Şayəstə Hüseynova





