Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Aleksiy Reznikov xarici jurnalistlərə müsahibəsində Ukrayna Silahlı Qüvvələrinin Qərb tərəfdaşlarından aldığı tankların sayını açıqlayıb.
Elchi.az Mk.ru-ya istinadən xəbər verir ki, onun sözlərinə görə, hazırda Qərb Kiyevə hər biri 30 tankdan ibarət təxminən iki batalyon (ümumilikdə təxminən 60 tank) çatdırıb.
“Almaniya, Polşa, Hollandiya, İspaniya, Kanada “Leopard” tankları, Fransa – “AMX-10RC” təkərli tankları, Böyük Britaniya – “Challenger”, ABŞ isə “Abrams”ı tədarük edir”, – deyə Reznikov bildirib.
Yeganə






