Polşada Rusiyanın ölkənin daxili təhlükəsizliyinə təsirini öyrənmək üçün komissiyanın yaradılması ilə bağlı qəbul edilən qanun Vaşinqtonu narahat edir. Elchi.az Ria Novostiyə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Agentliyin bəyanatında deyilir ki, ABŞ hökuməti bunu “Polşanın azad və ədalətli seçkilərinə müdaxilə” üçün sui-istifadə vasitəsi kimi görür.
Qeyd edək ki, bundan əvvəl ABŞ-ın Polşadakı səfiri Mark Bjezinski bildirmişdi ki, ABŞ Polşada Rusiyanın Polşadakı təsirini öyrənmək üçün komissiyanın yaradılmasından narahatdır.
Havar Şəfiyeva






