Çin ABŞ-ın Sinqapurda keçiriləcək Şanqri-La Dialoq regional təhlükəsizlik forumunun kənarında müdafiə nazirlərinin görüşünü rəsmən rədd edib. Elchi.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
ABŞ müdafiə mənbəsi bildirib ki, Vaşinqton ölkələr arasında münaqişənin gərginləşməsinin qarşısını almaq üçün ABŞ ordusu ilə Çin arasında açıq əlaqə kanallarının saxlanmasının vacibliyinə qətiyyətlə inanır.
Havar Şəfiyeva






