Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin bildirib ki, ABŞ Suriyada sabitliyi pozmaq üçün terrorçulardan istifadə taktikasına keçib.
Elchi.az Ria.ru-ya istinadən xəbər verir ki, İD yaraqlıları (Rusiya Federasiyasında qadağandır) Suriyanın İordaniya və İraqla sərhədi yaxınlığında yerləşən Əl-Tanf hərbi bazasında təlim keçir.
Narışkin bildirib ki, islamçılar indi “mötədil müxalifət” adlandırılır:
“Vaşinqton Suriyada uduzduqlarını başa düşür. Əsəbiləşmiş Amerika hakimiyyəti adətlə ölkədə təxribatçı elementlərdən istifadə etməyə hazırlaşır və Suriya ilə ərəb dünyası arasında münasibətlərin normallaşmasının qarşısını almağı planlaşdırır.
Əl-Tanf düşərgəsində onlarla terrorçu amerikalı təlimatçılar tərəfindən hazırlanır. Onlar silah, sursat və tank əleyhinə raket sistemləri ilə təmin olunurlar”.
Yeganə




