"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Kəmaləddin Heydərov BƏƏ-nin nümayəndə heyəti ilə görüşüb – VİDEO

30 May 2023 - 13:04
in XƏBƏR LENTİ

Mayın 30-da Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Birləşmiş Ərəb Əmirliklərinin Fövqəladə Hallar, Böhranlar və Fəlakətlərin İdarəedilməsi Milli Qurumunun (NCEMA) Baş direktorunun müavini Məhəmməd Rəhma Saif Əlşəmsinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Nazirlikdən Elchi.az–a verilən məlumata görə, qonaqları səmimi salamlayan nazir Kəmaləddin Heydərov FHN tərəfindən təbii və texnogen xarakterli fövqəladə hallarla mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verib. Bu çərçivədə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik rəhbərliyi ilə 44 gün ərzində Azərbaycanın şanlı Ordusu tərəfindən Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı dədə-baba torpaqlarımızın azad edildiyini, ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu qürur hissi ilə qeyd edən nazir Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən minatəmizləmə fəaliyyəti barədə də danışıb.

Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında sıx əməkdaşlıq münasibətlərini qeyd edən nazir iki ölkənin fövqəladə hallarla mübarizə üzrə müvafiq qurumları arasında əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu vurğulayıb. K.Heydərov Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və Birləşmiş Ərəb Əmirliklərinin Fövqəladə Hallar, Böhranlar və Fəlakətlərin İdarəedilməsi Milli Qurumu arasında imzalanmış Fövqəladə halların idarə olunması sahəsində Anlaşma Memorandumunun münasibətlərin inkişafına mühüm töhfə verdiyini xatırladıb, yüksək ixtisaslı mütəxəssislərin hazırlanması, təlim və ixtisasartırma kurslarının, treninq, seminar və elmi konfransların keçirilməsi üzrə Azərbaycan FHN-in Akademiyası ilə Birləşmiş Ərəb Əmirliklərinin aidiyyəti dövlət qurumları və tədris müəssisələri arasında əməkdaşlığın formalaşdırılmasının əhəmiyyətinə toxunub.

Səmimi görüşə görə təşəkkür edən Birləşmiş Ərəb Əmirliklərinin Fövqəladə Hallar, Böhranlar və Fəlakətlərin İdarəedilməsi Milli Qurumunun (NCEMA) Baş direktorunun müavini Məhəmməd Rəhma Saif Əlşəmsi Müstəqillik Günü münasibətilə təbriklərini çatdırıb. O, ölkələrimiz arasında mövcud yüksək səviyyəli əməkdaşlıq münasibətləri çərçivəsində fövqəladə halların idarə edilməsi üzrə uyğun qurumların əlaqələrinin daha da genişləndirilməsinin əhəmiyyətini qeyd edib. Qonaq Azərbaycan Fövqəladə Hallar Nazirliyinin istər ölkədaxili, istərsə də xarici ölkələrdə baş vermiş fövqəladə hallarla mübarizədə fəaliyyətinin yüksək qiymətləndirildiyini, bu təcrübədən yararlanmaq üçün yaradılan şəraitə görə təşəkkürünü bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər geniş müzakirə edilib.

Daha sonra qonaqlar Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Əməliyyat zalı və İctimaiyyətlə əlaqə idarəsinin Multimedia mərkəzinin fəaliyyəti ilə yerində tanış olublar.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

İrəvan nəzərə alsın: Ərdoğan bunu edəcək – İspiryan

Next Post

Sabahın hava proqnozu

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post
Sabah hava necə olacaq?

Sabahın hava proqnozu

Hərbi qeydiyyatın təşkili qaydası təkmilləşdirilir

Hərbi qeydiyyatın təşkili qaydası təkmilləşdirilir

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.