Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin bildirib ki, Rusiya heç vaxt xarici çağırışlara görə məğlub olmayıb.
Elchi.az bu barədə Vesti.ru-ya istinadən xəbər verir.
“Ölkəmizin bütün tarixi problemləri elitanın parçalanmasından və xəyanətindən yaranıb”,-deyə Volodin bildirib.
Parlamentin plenar iclası zamanı Volodin qeyd edib:
“Bu gün hamıdan tələb var. Bunu bütün vətəndaşlar bilməli və anlamalıdırlar. Ən əsası arxa cəbhənin konsolidasiyası və təminatıdır.
Bu gün burada qalan uşaqların ailələri haqqında düşünmək, bizimlə yaşamaq vacibdir. Onların köməyə ehtiyacı var. Cəbhədə olanları düşünün. Bu, Qələbəyə verdiyimiz töhfədir”.
Dövlət Dumasının spikeri deputatlara xatırladıb ki, Rusiya hakimiyyətinin Ukraynadakı xüsusi hərbi əməliyyatla bağlı bütün qərarları ölkə parlamenti tərəfindən yekdilliklə dəstəklənib.
“Gəlin, yekdilliklə, həm də çiyin-çiyinə, Qələbəyə qədər gedək”.
Yeganə




