"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Prezident fərman verdi, məmurlarsa rüşvət istəyir

17 Yanvar 2015 - 10:33
in XƏBƏR LENTİ

img1675365Sevinc Cavadova: “Açıq-aşkar deyir ki, 40 min manat verməsən, hasarı tikə bilməyəcəksən”

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

İcra nümayəndəsi Zülfüqar Cəfərov: “Onun əlindəki torpaq sənədi həqiqi deyil”

Yanvarın 13-də prezident İlham Əliyev “Daşınmaz əmlakın dövlət reyestri haqda” Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə fərman imzaladı. Bu fərman ev tikib sənəd ala bilməyən 10 minlərlə vətəndaşın həyatını yüngülləşdirməlidir. Maraqlıdır ki, ölkə başçısının vətəndaşın durumunun yaxşılaşmasına hesablanan addımları yerlərdə icra olunmur. Hətta əlində torpağa sahibliyi haqda qanuni sənədi olan vətəndaşlar faktiki torpaqsız qalır.
Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar küçəsi, ev 26, mənzil 14 ünvanında yaşayan Sevinc Telman qızı Cavadova da hazırda bu durumdadır. Deyir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının sərəncamı ilə 10 iyun 1996-cı ildə Maştağa qəsəbəsində 47 nömrəli bağ 50 nömrəli BTK-nın tərkibində istifadəsinə verilib: “Həmin vaxt elə orada xeyli insana bağ sahələri ayrıldı. 1998-ci ilədək hər kəs ona ayrılmış bağ sahəsini hasarladı. Mənə məxsus bağ sahəsində isə Alim Məmmədov və Mirfamil Seyidnadir oğlanları tərəfindən qanunsuz olaraq tikinti tikmişdilər deyə məhkəməyə üz tutdum. Sabunçu Məhkəməsi 25 mart 2003-cü ildə iddiamı təmin etdi. Lakin həmin şəxslər bağ sahəsindən çıxmadılar. 2003-cü ilin oktyabrında Ramiz Məmmədova CM-in 188-ci – qanunsuz olaraq özgənin torpağını zəbt etmə – maddəsi ilə cinayət işi başlandı və barəsində məhkəmənin hökmü çıxarıldı”.
S. Cavadova deyir ki, bundan sonra bağ sahəsinin hasarlanmasını yerli məmurlar əngəlləməyə başlayıblar: “Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Abadlaşdırma və Park-Bağ Təsərrüfatının İnkişafı Departamenti mənə ayrılmış bağ sahəmi hasarlamağa 163 saylı məktubla icazə verib. Lakin Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Maştağa qəsəbə nümayəndəsi buna imkan vermir. Açıq-aşkar deyir ki, 40 min manat verməsən, hasarı tikə bilməyəcəksən. Qonşuların yerli sakinlər olduğunu bildirir, deyir ki, onlar maştağalıdır, sənsə ləzgisən”.
S.Cavadova deyir ki, üzləşdiyi qanunsuzluqla bağlı şikayətləri Sabunçu Rayon İcra Hakimiyyətinə göndərilir: “İcra hakimiyyətində Maştağaya kuratorluq edən Ədalət müəllim şikayətimi bir kənara qoyub deyir ki, torpağın hər sotuna görə 2 min manat verməlisən. ”Şapka” vermədiyimə görə Maştağa qəsəbə nümayəndəsi Zülfüqar Cəfərov bağ sahəmə bir köşk qoyub. Məcbur qalaraq Bakı Şəhər İcra Hakimiyyəti Aparatına müraciət etdim. Yazdılar ki, torpaq sahəsi bu gün də mənim istifadəmdədir. Bundan sonra yeni oyuna başladılar. Sabunçu icra başçısı torpağımı “Bakı Elektrikşəbəkə”yə  “Maştağa Enerji Təchizatı və Satışı Sahəsi”nin yeni inzibati binasının tikintisi üçün ayırdı. Bakı Şəhər İcra Hakimiyyəti başçısının 444 nömrəli, 16 sentyabr 2014-cü il tarixli imzasız bir sərəncamını təqdim edirlər. Həmin ərazidə boş torpaqlar qrunt sularının altında qalıb və  xəstəlik mənbəyidir. İcra nümayəndəsi Zülfüqar Cəfərov ərazilərə torpaq töküb qurudub və satdırır”.
S.Cavadova Azərbaycan vətəndaşı olduğunu, milliyyətinin əsas gətirilərək onun torpaq sahəsindən sıxışdırılaraq çıxarılmasının qanunsuz olduğunu dedi: “Həyat yoldaşım və 2 övladım Maştağada doğulublar. Nədir bu zülm? Niyə mənə qarşı bu qədər qanunsuzluq edirlər? Niyə Sabunçu Rayon İcra Hakimiyyəti belə rüşvətxorları müdafiə edir?”
***
“Sevinc Telmanqızının sahib olduğunu iddia etdiyi ərazi dövlət torpağıdır. Onun haqqımda dediyi sözlər iftiradır, böhtandır. Mən nəinki ondan rüşvət istəməmişəm, ümumiyyətlə, bu insanı bir dəfə də görməmişəm”. Bu sözləri “Yeni Müsavat”a açıqlamasında Sabunçu Rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə nümayəndəsi Zülfüqar Cəfərov deyib.
Zülfüqar Cəfərov bildirir ki, Sevinc Telmanqızının əlindəki torpaq sənədi də həqiqi deyil: “Həmin ərazi Bakı Şəhər İcra Hakimiyyətinin balansındadır. İndi o ərazidə Bakı Şəhər İcra Hakimiyəti başçısının sərəncamı ilə ”Bakıelektirikşəbəkə”nin yerli inzibati binasının tikintisinə hazırlıq gedir. Ərazidə qurulan köşk isə inzibati binanı tikəcək fəhlələr üçün qurulub. Bu qadın bir neçə ildir şantajla məşğuldur. Sabunçu Rayon İcra Hakimiyyəti də durumdan xəbərdardır. Məndən dəfələrlə İH-ə şikayət yazıb. Sevinc Telmanqızı bir neçə dəfə icra hakimiyyətinə dəvət edilib, ona bildirilib ki, həmin məsələnin İH-in Maştağa nümayəndəliyinə heç bir aidiyyəti yoxdur. Üstəlik, həmin sənəd Sabunçu rayon və Bakı şəhər icra hakimyyətlərində yoxlanılıb və qadının torpağın mülkiyyətçisi olduğunu təsdiq etmədiyi ortaya çıxıb. Əlində hüquqi sənəd olmayan bir vətəndaşın məmurlara şər atması cinayət məsuliyyəti yaradır. Hər halda Sevinc Telmanqızı bu məsuliyyəti anlamalıdır”.
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanda qızıl bahalaşdı

Next Post

Brent markalı neft bahalaşıb

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Brent markalı neft bahalaşıb

General rus ordusunun gücündən danışdı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.