Ukrayna Almaniyanı Kiyevə 500 kilometrə qədər mənzilli “Taurus” qanadlı raketləri verməyə çağırıb.
Elchi.az Mk.ru-ya istinadən xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksiy Reznikov “Funk and Quest France” qəzetinə müsahibəsində bildirib.
“Bizə “Taurus” lazımdır. Biz Almaniyadan “Taurus” və Fransadan “SCALP” gözləyirik”, – deyə Reznikov bildirib.
Reznikov vurğulayıb ki, Almaniya hökuməti hələlik tədarüklə bağlı qərar qəbul etməyib, çünki Berlin bu silahları Kiyevə ötürə biləcəyinə qərar verməlidir.
Ukraynalı nazir bildirib ki, əgər Almaniya “Taurus”-u Kiyevə çatdıra bilməsə, o zaman öz sənayelərinə belə raketlərin istehsalı ilə bağlı göstəriş verməlidirlər.
Yeganə





