Putin və Ərdoğan taxıl dəhlizi vasitəsilə ən yoxsul ölkələrə ərzaq göndərilməsi barədə razılığa gəliblər.
Elchi.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə “taxıl müqaviləsi” çərçivəsində ehtiyacı olan ölkələrə ərzaq təminatına dair razılıq əldə etdiyini açıqlayıb.
Daha əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov qeyd etmişdi ki, “taxıl müqaviləsi” çərçivəsində ərzağın 3%-dən az hissəsi Afrikanın yoxsul ölkələrinə gedir.
“Cənab Putinlə son danışıqlarımız zamanı o, Qara dəniz taxıl dəhlizindən keçən taxılın una çevrilərək Afrikanın ən yoxsul ölkələrinə çatdırılması ilə bağlı razılaşmalarımızı təsdiqlədi”, – Ərdoğan seçkidən sonrakı ilk görüşdə deyib.
Nuranə Məmmədova





