“İranın hava məkanının pozulması ciddi nəticələrə səbəb olacaq”.
Elchi.az News.am-a istinadən xəbər verir ki, bu barədə İran Ordusunun Hava Hücumundan Müdafiə rəisinin müavini Əlirza Elxami məlumat verib.
Onun sözlərinə görə, uçuş məsafəsi 300 km-dən çox olan və 2000 km-dən çox məsafədə aşkarlama qabiliyyətinə malik ən müasir radar və raket sistemləri müxtəlif hava hücumundan müdafiə zonaları və qruplarının əməliyyat zonasında yerləşir.
Elxami qeyd edib ki, İran ordusu zenit müdafiə sistemlərinin inkişafı və istehsalı sahəsində mühüm nailiyyətlərə malikdir, uzaq mənzilli raketlərin istehsalı düşmənlər üçün ciddi təhlükədir.
O, əlavə edib ki, hava hücumundan müdafiə sistemlərinin modernləşdirilməsi milli maraqların qorunması məqsədilə həyata keçirilir.
Yeganə






