“ABŞ Ukrayna silahlı qüvvələrinin Moskvaya pilotsuz təyyarə ilə hücum cəhdindən xəbərdardır”.
Elchi.az Ria.ru-ya istinadən bildirir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının bəyanatında qeyd olunub.
“Ümumiyyətlə, biz Rusiya daxilində hücumları dəstəkləmirik”, – deyə bəyanatda yazılıb.
Ağ Evin mətbuat xidməti onu da əlavə edib ki, Vaşinqton Kiyevin nəzarətində olan itirilmiş ərazilərin qaytarılması üçün zəruri olan Ukraynaya dəstək siyasətini dəstəkləyir.
BMT isə mülki şəxslərə və infrastruktura edilən istənilən hücumu pisləyib.
Yeganə






