Ukraynanın müdafiə naziri Aleksey Reznikov ölkəsinin artıq müttəfiqlərindən 60-a yaxın “Leopard 2” tankı aldığını söyləyib.
Elchi.az News.am-a istinadən xəbər verir ki, Reznikov bu barədə “Funke”yə müsahibəsində bildirib.
O, izah edib ki, bu günə qədər Kiyev hər birində 30 tank olan təxminən iki batalyon alıb.
“Almaniya, Polşa, Hollandiya, İsveç, Portuqaliya, İspaniya və Kanada “Tank Koalisiyasına” daxildir”,-deyə Reznikov bildirib.
Yeganə






