“Prezident administrasiyası ilə ABŞ Konqresi arasında defoltdan qaçmaq üçün dövlət borcu tavanının artırılmasına dair razılaşma ABŞ hakimiyyətinin Ukraynanı dəstəkləmək imkanlarına təsir etməyəcək”.
Elchi.az Mk.ru-ya istinadən xəbər verir ki, bu barədə mayın 30-da Ağ Evin İdarəetmə və Büdcə İdarəsinin rəhbəri Şalanda Yanq bildirib.
Rəsmi ABŞ-ın dövlət borcu ilə bağlı tərəflər arası sövdələşmənin ABŞ administrasiyasının Ukrayna üçün əlavə maliyyə vəsaiti əldə etmək qabiliyyətinə təsir edib-etməyəcəyi sualına mənfi cavab verib.
Ukraynanın xarici maliyyədən asılılığı həmişəkindən daha çoxdur – aprel ayının nəticələrinə görə, Ukraynanın dövlət borcu 124,3 milyard dollarla rekord həddə çatıb. 2022-ci ilin sonunda Ukraynanın dövlət borcunun ÜDM-ə nisbəti 78,4% təşkil edib, apreldə isə dövlət borcu ÜDM-in daha 3,7% artıb.
Yeganə






