Rusiya prezidenti Vladimir Putin yaxın vaxtlarda Türkiyəyə səfər edə bilər. Elchi.az bu ehtimalı TASS ilə söhbətində Ankaradakı mənbə etiraf edib.
Onun sözlərinə görə, Rusiya liderinin rəsmi səfəri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimindən sonra baş tuta bilər. Görüş zamanı iki ölkə liderləri Ukraynadakı vəziyyəti və taxıl müqaviləsini müzakirə edə bilərlər.
Daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov Putin və Ərdoğanın yaxın gələcəkdə ikitərəfli görüş keçirə biləcəyini bildirib. Onun sözlərinə görə, bu mövzu Ərdoğanın prezident seçkilərində qələbəsindən sonra keçirilən zəng zamanı müzakirə olunub.
Havar Şəfiyeva





