İngiltərə mətbuatı Parisdə marketə basqın edən qadınla Türkiyədə Sultanahmetdə partlayış törədən qadının İstanbulda eyni oteldə
qaldığı barədə məlumat dərc edib.
qaldığı barədə məlumat dərc edib.Musavat.com-un məlumatına görə, İngiltərənin “Daily Mail” qəzeti Fransanın paytaxtı Parisdə halal marketə basqın edərək marketdəki insanları girov götürən Amedi Kolubalinin axtarışda olan arvadı Həyat ilə Sultanahmetdəki “canlı bomba”nın ayrı vaxtlarda eyni oteldə qaldığını iddia edib.
Qəzet yazır: “Dekabrda Sultanahmetdə üzərinə bomba bağlayaraq partlayış törədən çeçen əsilli Diana Ramazanovanın əri Əbu Aliyeviç Edelbiyev Türkiyədən keçərək Suriyaya gedib. İŞİD döyüşçüsü olan Edelbiyev bir müddət sonra isə Suriyada öldürülüb. Diana Ramazanova 26 dekabrda təkrar Türkiyəyə gəlib və 11 gün İstanbulda oteldə qalıb.
Parisdə supermarketə hücum edən Amedi Kolibalinin arvadı Həyat Bumeddin də 2 yanvarda Madriddən İstanbula gələrək həmin oteldə 2 gün qalıb. Hətta Həyat Bumeddin qaldığı otaqda divardan Eyfel qülləsinin şəklini də asıb”.
Qəzet həmçinin yazır ki, ən çox axtarılan qadın olan Həyat Bumeddin İŞİD-ə qoşulmaq üçün Suriyadadır.



