İyunun 1-i saat 16:00-a olan məlumata əsasən, Naxçıvan, Ordubad, Daşkəsən, Neftçala, Göygöl, Gədəbəy, Lerik, Yardımlı, Lənkəran, Astarada şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Elchi.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Gədəbəy rayonu ərazisinə saat 15:12 radələrində qısamüddətli, diametri 6 mm olan dolu düşüb.
“Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 24-29, Naxçıvanda 23-27, Aran rayonlarında 28-31 dərəcə isti, dağlıq rayonlarda 23, yüksək dağlıq ərazilərdə 12 dərəcəyədək isti olub”, – məlumatda vurğulanıb.
Sabah Bakıya yağış yağacaq
Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...




