Avropa Parlamentinin üzvləri müdaxilələr üzrə xüsusi komissiyanın Avropa İttifaqında seçkilərə xarici təsirlərdən narahatlığını ifadə edən hesabatını təsdiqləyiblər. Elchi.az AP mətbuat xidmətinə istinadən xəbər verir ki, sənəddə Rusiya və Çinlə mübarizə üçün maliyyənin artırılmasının zəruriliyindən də danışılır.
Xarici müdaxilə ilə mübarizə aparmaq üçün Avropa Parlamentinin üzvləri nəinki adekvat maliyyələşdirməni, həm də Avropa Parlamentində xüsusi qurum yaratmağı təklif edirlər. Qeyd edək ki, siyasətçilər dezinformasiya ilə mübarizə və demokratik prosedurları qorumaq üçün vəsait tələb ediblər.
Havar Şəfiyeva






