Macarıstanın baş naziri Budapeşt merinin açıqlamalarına münasibət bildirib.
Elchi.az xəbər verir ki, Macarıstanın baş naziri Viktor Orban bildirib ki, indiki Macarıstan hökuməti Rusiya ilə hərbi toqquşmaya imkan verməyəcək.
Orban müxalifət nümayəndəsi, Budapeşt meri Qergej Karaçsoninin Macarıstanın guya “artıq Rusiya ilə münaqişə vəziyyətində olması” ilə bağlı açıqlamalarına münasibət bildirib.
Macarıstan hökumətinin başçısı Kossuth radiostansiyasının səhər proqramında deyib: “Əgər kimsə oturduğu yerdən qalxmadan belə şeylər deyirsə, o, sadəcə olaraq ağlını itirib”.
Onun sözlərinə görə, İkinci Dünya Müharibəsi haqqında eşidən heç bir ağlı başında olan adam özünə belə açıqlamalara yol verməzdi. “Nə qədər ki, indiki hökumət hakimiyyətdədir, Macarıstan (Rusiya ilə) müharibə etməyəcək.
Şayəstə Hüseynova





