Musavat.com xəbər verir ki, hadisə Türkiyədə baş verib.
Belə ki, iki kişi və bir qadın Bağcılarda yerləşən kafeyə gəliblər. Qadın bayırda gözləyib. İki naməlum şəxs isə, kafeyə daxil olaraq, sağa-sola atəş açıblar. Bu zaman kafe işçiləri ilə birgə 6 nəfər yaralanıb.
Yaralılar təcili olaraq xəstəxanaya aparılıb. Amma yaralılardan biri, iki uşaq atası olan Nihat Gülgən xəstəxanaya çatmadan dünyasını dəyişib.
Hadisədən bir neçə gün sonra axtarışda olan 3 nəfərdən ikisi saxlanılıb. Digər şəxs isə hələ də axtarışdadır.
Baş vermiş hadisəni kafenin güvənlik kameraları qeydə alıb. Həmin videogörüntüləri sizlərə təqdim edirik:
Musavat.com



