Hindistanın Orissa əyalətində dünən baş verən qatar qəzasında ölənlərin sayı 288-ə yüksəlib, qəzada 900-dən çox insan yaralanıb.
Elchi.az The Hindu qəzetinə istinadən xəbər verir ki, dünən yerli vaxtla saat 19.20-də ştatın Balasore bölgəsində, Bahanaga Bazar Qatar Stansiyasının yaxınlığında 3 qatarın iştirakı ilə baş verən qəzada 288 nəfər həyatını itirib, 900-dən çox insan yaralanıb, onlardan 2-si sərnişin, 1-i isə yük olub.
Dəmir yolu rəsmisi qəzaya uğrayan sərnişin qatarlarının Coromandel Express və Yashwatpur-Howrah Express şirkətlərinə aid olduğu barədə məlumat paylaşıb.
Rəsmilər yaralılardan 179-nun xəstəxanaya yerləşdirildiyini, qatarda sıxışan 600-dən çox sərnişinin çıxarılması üçün işlərin davam etdiyini bildirib.
Bildirilib ki, Şalimar Dəmir Yolu Stansiyasından yola düşən Coromandel Ekspress sərnişin qatarı Çennai Mərkəzi Dəmiryol Stansiyasına doğru hərəkət edir.
Orissa ştatının yüksək səviyyəli rəsmisi Pradeep Jena bölgəyə 75 təcili yardım maşını və 500-dən çox polis və xilasetmə qrupunun göndərildiyini bildirib.
Xilasetmə işlərinə yerli əhalinin də dəstək verdiyi bildirilib. Qəzadan sonra 34 qatarın hərəkəti dayandırılıb.
Hindistan Prezidenti Draupadi Murmu Twitter hesabında “bədbəxt qəza”dan dərin kədərləndiyini və yaxınlarını itirən ailələrin kədərini bölüşdüyünü bildirib.
Hindistanın baş naziri Narendra Modi isə öz tvitində qəza ilə bağlı Dəmiryolları Naziri ilə görüşdüyünü və qəzadan zərər çəkənlərə bütün lazımi dəstəyin verildiyini bildirib.
Yaxınlarını itirən ailələrə gedən Modi yaralılara şəfa diləyib.
Hindustan Times 3 qatarın toqquşması nəticəsində 50 nəfərin öldüyünü, 300-dən çox insanın isə yaralandığını bildirib.
Şayəstə Hüseynova






