WSJ:ABŞ-da Baydenin milli borc tavanı ilə bağlı qərarından sonra hərbi xərclərin azalacağını proqnozlaşdırdılar.
Elchi.az xəbər verir ki, ABŞ-da müdafiə və hərbi xərclər prezident Co Baydenin milli borc tavanı ilə bağlı qərarından sonra azalacaq. Bu barədə The Wall Street Journal yazır.
Razılaşma o deməkdir ki, ABŞ-ın hərbi xərcləri 1990-cı illərin sonunda Soyuq Müharibədən sonrakı sülh dividendlərinin zirvəsindən bəri ilk dəfə olaraq iqtisadiyyatın 3 faizindən aşağı düşə bilər.
Qeyd olunur ki, ABŞ hakimiyyətinin hərəkətləri 2025-ci ilə qədər ölkədəki donanmanın həcmini 286 gəmiyə qədər azaldacaq, Çin isə əksinə, Tayvanı “tabe etmək” üçün nəzərdə tutulan donanma qurur.
Bundan əlavə, bildirilir ki, senator Tom Kotton ABŞ-ın 2011-ci ildə həyata keçirdiyi “sekvestr” siyasətinə qayıdıb, məqalədə qeyd olunduğu kimi, özünün müdafiə qabiliyyətinə zərbə vurub.
O da bildirilir ki, hazırda zəif orduya malik ABŞ başqa ölkələrə tam həcmdə silah göndərə bilmir.
Şayəstə Hüseynova




