Ukrayna prezidenti Volodimir Zelenski hesab edir ki, dünyada Rusiya raketlərindən müdafiəni təmin edə biləcək yeganə silah Amerikanın “Patriot” zenit-raket kompleksləridir və Ukraynanın 50 belə sistemə ehtiyacı var.
Elchi.az Ria.ru-ya istinadən xəbər verir ki, Zelenski bu barədə “The Wall Street Journal”a müsahibəsində bildirib.
Qəzet Zelenskinin dediklərini tam təqdim etməyib, onun bir çox sözləri jurnalistin adından verilib:
“Zelenski mənə dedi ki, onun bütün ölkəni qorumaq üçün kifayət qədər atəş gücü yoxdur”.
Zelenski həmçinin vurğulayıb ki, Kiyev əks-hücum üçün daha çox Qərb silahı almaq istəyir, o, aylarla gözləyə bilməz. Onun sözlərinə görə, bu gündən Ukrayna əks hücuma hazırdır.
Yeganə





