Avropa Kosmik Agentliyi (ESA) yaxın onillikdə astronavtları Aya aparacaq kosmik gəmi hazırlamaq niyyətindədir.
Elchi.az Ria.ru-ya istinadən bildirir ki, bu barədə “Financial Times” qəzeti məlumat verib.
“Avropa Kosmik Agentliyi yaxın onillikdə ESA astronavtlarını orbitə və Aya çıxara biləcək kosmik gəmilərin inkişafı üçün təkliflər hazırlayır”, – qəzet agentliyin icraçı direktoru Yozef Aşbaherə istinadən yazır.
Qəzet Aşbaherə istinadən onu da qeyd edir ki, layihə Avropa üçün həlledici əhəmiyyət kəsb edir, çünki qlobal kosmik yarışa çıxmaq lazımdır. Qəzet ESA-nın sifarişi ilə hazırlanmış hesabata istinad edərək əlavə edib ki, milli kosmik agentliklər və özəl şirkətlər 2030-cu ilə qədər 100-dən çox Ay missiyası elan ediblər, Avropa isə yalnız ikisinə başçılıq edir.
Yeganə






