Banqladeşdə həddindən artıq istilər səbəbindən ölkə üzrə ibtidai məktəblərdə tədris iyunun 8-dək dayandırılıb.
Elchi.az-ın Trthaber.com-a istinadən xəbərinə görə, Meteorologiya İdarəsinin rəsmisi Muhammed Abul Kalam Mallik həddindən artıq istilərin iyunun 12-nə qədər davam edəcəyini proqnozlaşdırdıqlarını söyləyib.
Banqladeşdə iyun ayında orta temperaturun 31,9 dərəcə Selsi ətrafında olmasının lazım olduğunu bildirən Mallik, ölkə daxilində temperaturun 2 ilə 8 dərəcə yüksək olduğunu bildirib.
Yeganə





