2012-ci ildən bəri yoxsulluq həddində yaşayan vətəndaşların sayı iki dəfə azalıb və o vaxtdan bəri demək olar ki, yarım milyon insan yoxsulluğun öhdəsindən gəlib.
Elchi.az xəbər verir ki, bu sözləri Gürcüstan Baş naziri İrakli Qaribaşvili deyib.
“2012-ci ildə 1,1 milyon insan yoxsulluq həddindən aşağı yaşayırdı, biz hakimiyyətə gələndən sonra bu rəqəm iki dəfə azalıb”, – baş nazir bildirib.
Onun sözlərinə görə, yoxsulluq səviyyəsi 15,6%-ə çatıb və bu, hələ də böyük problem olaraq qalır, lakin tarixi minimumdur.
Kəlbəcərin Baş planı təsdiqləndi
Kəlbəcər şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” təsdiqlənib. Elchi.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib. Bildirilib...





