Cənubi Koreya prezidenti Yoon Suk Yeol Seul və Vaşinqton arasında hərbi ittifaqın gücləndiyini və nüvə alyansına çevrildiyini açıqlayıb.
Elchi.az-ın News.am-a istinadən xəbərinə görə, Yeol qeyd edib ki, Şimali Koreya öz nüvə və raket potensialını gücləndirir və nüvə silahından istifadəni qanuniləşdirib.
“Buna görə də Cənubi Koreya hökuməti və ordusu Cənubi Koreya ilə ABŞ arasında həmişəkindən daha güclü birliyə əsaslanan dəmir təhlükəsizlik sistemi yaratmaqla öz vətəndaşlarının həyatını və təhlükəsizliyini qoruyacaq”,-deyə Yeol vurğulayıb.
O, bildirib ki, apreldə ABŞ prezidenti Co Baydenlə imzalanmış Vaşinqton Bəyannaməsi Amerikanın nüvə silahlarının çəkindirici təsirini əhəmiyyətli dərəcədə gücləndirir:
“Cənubi Koreya və ABŞ arasındakı birlik indi nüvə ittifaqına çevrilib”.
Yeganə




