Litva prezidenti Gitanas Nauseda Ukraynadakı Kahovka bəndinin bombalanmasını “Rusiyanın Ukraynanın mülki infrastrukturuna misli görünməmiş və görünməmiş hücumu” adlandırıb.
Elchi.az xəbər verir ki, Litva prezidenti “Gitanas Nauseda” özünün Tvitter hesabında yazdığı paylaşımda Rusiyanı hədəf alıb.
Ukraynada Kaxovka bəndinin bombalanmasının “Rusiyanın Ukraynanın mülki infrastrukturuna misli görünməmiş bir hücumu” olduğunu ifadə edən Nauseda, “Böyük bir bəndin çökməsi minlərlə insanı birbaşa təhdid edən bir müharibə cinayətidir. Bunun üçün Rusiya məsuliyyət daşımalıdır və Ukrayna təhlükəsiz qalmaq üçün bu müharibədə qalib gəlməlidir”,- ifadələrdən istifadə etmişdir.
Nuranə Məmmədova




