Kremlin sözçüsü Peskov bildirib ki, Kaxovka SES-ə dəyən ziyan Ukraynanın təxribatı nəticəsində baş verib.
Elchi.az xəbər verir ki, paytaxt Moskvada jurnalistlərə açıqlama verən Peskov səhər saatlarında dağıdılan və bölgədə su basmasına səbəb olan Kaxovka SES ilə bağlı qiymətləndirmələr edib.
Hadisələrlə bağlı Rusiya prezidenti Vladimir Putinə məlumat verildiyini bildirən Peskov, “Putin həm Rusiya Müdafiə Nazirliyindən, həm də digər əlaqədar qurumlardan Kaxovka SES ətrafındakı vəziyyətlə bağlı hesabatlar alır. Biz əminliklə deyə bilərik ki, söhbət Ukrayna tərəfinin qəsdən törətdiyi təxribatdan gedir”.
Nuranə Məmmədova






