İsveçrə Xalq Partiyasının (SNP) 58 deputatı Ukrayna prezidenti Volodimir Zelenskinin konfederasiya parlamentindəki onlayn çıxışından yayınmağa hazırlaşır.
Elchi.az-ın Mk.ru-ya istinadən xəbərinə görə, bu barədə İsveçrə Milli Məclisin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, SNP Ukrayna liderinin Milli Şurada uzaqdan çıxışı ilə bağlı sorğu keçirib. Buna baxmayaraq, səslərin əksəriyyəti Zelenskinin İsveçrə siyasətçilərinə müraciət etmək planlarını dəstəkləyib: 128 deputat ideyanı bəyənib, 58 deputat isə əleyhinə çıxıb.
Qeyd edək ki, Zelenskinin çıxışı iyunun 15-nə planlaşdırılıb.
Yeganə





