İsveçin müdafiə naziri “Pal Jonson” ölkəsinin əsas prioritetinin NATO-ya tamhüquqlu üzvlük olduğunu bəyan edib.
Elchi.az xəbər verir ki, Conson yaponiyalı həmkarı Yasukazu Hamada ilə görüşə gəldiyi Tokioda mətbuat konfransı keçirib.
İsveçin müdafiə naziri Jonson 11-12 iyulda Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO zirvəsindən əvvəl Alyansa üzv olmağı ümid etdiklərini qeyd edərək, “İsveç hökumətinin əsas prioriteti NATO-ya tamhüquqlu üzv olmaqdır. “Mümkün qədər tez ,mümkün qədər çox”.
Türkiyə və Macarıstanın qərarına hörmət etdiklərini və Türkiyənin narahatlıqlarını aradan qaldırmaq üçün yeni anti-terror qanunları olduğunu ifadə edən Conson, “İsveçin NATO-ya tam üzv olması ilə Alyansın şimal qanadının güclənəcəyini düşünürük”,-ifadəsini işlədib.
Ukraynanı silahla dəstəkləməyə davam edəcəklərinə və bunun onlar üçün əhəmiyyətli olduğuna işarə edən Conson, Rusiyanın Ukraynadakı müharibədə qələbəsinin İsveç və Avropa təhlükəsizlik siyasəti üçün fəlakətli ola biləcəyini söyləyib.
Ölkəsinin NATO-da iştirakının ABŞ və Yaponiya ilə də əlaqələrini gücləndirəcəyini qeyd edən dövlət katibi Conson, Rusiya-Ukrayna müharibəsinin Avro-Atlantik və Hind-Sakit okean regionlarını birləşdirdiyi üçün İsveç və Yaponiyanın bu gün oxşar problemlərlə üzləşdiyini qeyd edib.
Dekabrda Yaponiya ilə İsveç arasında “Müdafiə avadanlığı və texnologiyasının ötürülməsi haqqında Saziş” imzalanıb.
Nuranə Məmmədova





