İranın Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı səfirliyi 7 ildən sonra yenidən açılıb.
Elchi.az-ın Armenpress.am-a istinadən xəbərinə görə, bu barədə “Al Arabiya” agentliyi məlumat yayıb.
Ər-Riyaddakı diplomatik mənbədən bildirilib ki, İran səfirliyinin açılışı çərşənbə axşamı yerli vaxtla saat 18:00-da İranın Səudiyyə Ərəbistanına yeni təyin olunmuş səfirinin iştirakı ilə baş tutacaq.
Xatırladaq ki, martın 10-da Çində bir neçə gün davam edən gərgin danışıqlardan sonra İran və Səudiyyə Ərəbistanı diplomatik münasibətləri bərpa etmək və 7 illik ayrılıqdan sonra səfirlik və diplomatik nümayəndəliklərini yenidən açmaq barədə razılığa gəliblər.
Yeganə






