Almaniya kansleri Olaf Şolts növbəti dəfə Rusiya prezidenti Vladimir Putinə zəng etmək niyyətindədir.
Elchi.az Mk.ru-ya istinadən xəbər verir ki, bu barədə “NTV” xəbər portalı məlumat yayıb.
“Müharibənin gedişatına görə indiki anı (Putinlə söhbət üçün – red.) münasib hesab etmirdim”, – deyə Şolts bildirib.
Kansler qeyd edib ki, o, Putinlə uzun müddətdir ki, danışmır, amma bunu yenidən etmək niyyətindədir.
Qeyd edək ki, son bir neçə ay ərzində Şolts Rusiya dövlət başçısı ilə danışmaq istədiyini bildirsə də, bu baş verməyib.
Xatırladaq ki, Şoltsla Putin arasında sonuncu telefon danışığı ötən ilin dekabrında olub.
Yeganə




