Çin yerin qatlarını dərindən araşdırmaq üçün dünyanın ən dərin quyusunu qazmağa başlayıb.
Elchi.az News.am-a istinadən bildirir ki, bu barədə “Sinxua” agentliyi xəbər verir.
Agentliyin məlumatına görə, Sintszyan-Uyğur əyalətinin Tarim səhrasında qazma işləri aparılır.
Quyunun planlaşdırılan uzunluğu 11100 metrə çatır. İşlərin 1,5 ildən sonra başa çatdırılması planlaşdırılır. Çin Milli Neft Korporasiyası bildirib ki, ultra dərin tədqiqat quyusu alimlərə yerin daxili quruluşunu və təkamülünü öyrənməyə və geoloqlara məlumat təqdim etməyə imkan verəcək.
Qazma işi asan olmayacaq. Çəkisi 2000 tondan çox olan avadanlıq 200 dərəcə selsi və 1300 atm təzyiq üçün nəzərdə tutulub.
Məlumat üçün bildirək ki, Sintszyan-Uyğur bölgəsi zəngin mineral və neft ehtiyatları ilə tanınır. Bir ay əvvəl 8500 metr dərinlikdə kəşfiyyat qazma işləri zamanı əhəmiyyətli neft və qaz ehtiyatları aşkar edilib.
Yeganə





